MDU-nun 18 yaşlı tələbəsi qətlə yetirilib
Mingəçevirdə qətl hadisəsi baş verib. Mingəçevir Dövlət Universitetinin tələbəsi, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq öldürülüb.
Olay şəhərdəki “Miraj” restoranının ərazisində baş verib.
İlkin məlumata görə, qətlə yetirilən tələbə cəmi 2 gün imiş ki, “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.
Məhəmməd Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, qətlə yetirilən M.Alıyevin anası Əfsanə Alıyeva Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.
Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb.
Azər