Milli Şuranın sədri, professor Cəmil Həsənli
Saxta, qurama bir ittihamla şərlənib həbsə atılmış cəbhəçi Əlizamin Salayev cəzaçəkmə müəssisəsində ölüm aclığına başlayıb. Onun belə ağır bir etiraz aksiyasına başlaması çox üzücüdür. Həbs yerində aclıq aksiyası keçirməyin əlavə çətinlikləri ver. Şəraitsizlik, sosial və səhiyyə xidmətinin olmaması, ictimaiyyətlə əlaqənin qeyri-mümkünlüyü, səsinin həbsxana divarlarından kənara çııxmasının qarşısının alınması, hər addımda qeyri-qanuni təzyiqlərlə üzləşmə aclığın üzərinə ağır mənəvi sıxıntılar da əlavə edir.
Əlzamin bəy bu ağır aclıq aksiyasını səsinin eşidilməsi üçün edir. Elə səsi eşidildiyi üçün Əlzamin bəyə Əliyev rejimi saxta cinayət toru toxuyub həbsxanaya atıb. O, ətrafında olan adamlara qarşı törədilən haqsızlığa münasibətdə dözümsüzdür. Yaşadığı yerdə kimsəsiz, köməyi olmayan bir ailənin polis zabiti tərəfindən aşağılanmasına, alçaldılmasına, aldadılmasına qarşı səsini qaldırdığı üçün Əlzamin bəy şərlənib. Polisin “müqəddəs” obrazının bərqərar edildiyi Əliyev reıimində polisə etiraz etmək elə hakimiyyətə, polis rejiminə etiraz etməkdir.
Əlzamin bəy əqidə adamıdır, haqq sevdalısıdır. Haqqa və ədalətə tapınmaq onun əqidəsinin mayasını təşkil edir. Əsas günahı da bu sevdaya ardıcıl sədaqəti, inamı və onun uğrunda dirənişidir. Məhz bu keyfiyyətlərinə, mübarizə əzminə, vicdan meyarına və vətən sevdasına görə böyük hörmətə layiqdir Əlzamin Salayev. Bu sadə və səmimi cəbhəçi içində böyük millət sevgisi yaşadır. Sözün tam mənasında o, öz böyük mənəvi dəyərləri, vətəndaşlıq mövqeyi, xalq adamı olması ilə milləti yaşadan, milli varlığı diri saxlayan obrazladan biridir. Əliyev istibdadının qarşısında milli iradəni nümayiş etdirmək, xalq işi uğrunda dönməz mövqe sərgiləmək cəbhəçilərin alın yazısıdır. Onlardan biri kimi Əlzamin bəy də öz alın yazısının “cəzasını” çəkir. Qürur duyulası adamdır.