Aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov hədələnir. Bu haqda azadliq.info-ya məhbusun yaxınları məlumat verib. Bu gün Saleh Rüstəmova ailə üzvləri ilə görüş verilib. Siyasi məhbus görüşə Müalicə Müəssisəsinin cərimə kamerasından gətirildiyini bildirib. Onu məcburi qidalandırmaq istədiklərini bildirən Saleh Rüstəmov, bu əmələ cəhd olunsa, məsələni “özü bildiyi kimi” həll edəcəyini deyib. Ailə üzvləri bu ifadəyə görə çox narahatdır. Onun özünə qəsd edəcəyini düşünür.