AXCP Rəyasət Heyətinin üzvü Məhəmməd İbrahim
İki səbəbdən. Birincisi birbaşa Gülnarə xanımın siyasi fəaliyyəti ilə, apardığı mübarizə, ən başlıcası isə bütün aksiyalarda öndə olması ilə bağlıdır.
İkinci səbəb isə, polislərin narazıçılığı ilə bağlıdır. Aldığım dəqiq məlumata görə, polislərin bir çoxu aksiyalarda zorakılıq etməkdən imtina edirlər. Səbəb də sosial şəbəkələrdə şəkillərinin paylaşılıb, xalqın haqlı qınaqlarına tuş gəlmələridir. Polislər narazıçıllqlarını təxminən belə ifadə ediblər “biz zorakılıq etdikdə, şəkillərimiz paylaşılır, camaat bizi qınayır, itin sözünü deyirlər, sonra da tanış-biliş bizi görəndə, bunu bizim üzümüzə vururlar, utanırıq.”
Buna görə də, son aksiyalarda polislər üzləri tanınmasın deyə, yaşmaqlanmışdılar, halbuki bu polisin geyim formasına birbaşa ziddir.
Amma yaşmağın da xeyiri olmadı, zorakılıq törədən polislər jurnalistlərə yaxalandılar və yenə də xalqın sərt qınağı ilə üzləşdilər.
Bunu görən DİN naziri, bu məsələni sərt tədbir görməklə çözmək istəyir və beləliklə də Gülnarə xanımın Əziz Məmiyevi döyən polisin şəkilini paylaşmağını, guya həmin polisə böhtan atmaq kimi qələmə verib, həmin polisin şikayəti əsasında cinayət işi açmaq istəyirlər.
Bununla da həm Gülnarə xanımı cəzalandırmaq, həm də bundan sonra polisin şəkilini paylaşıb qınağa tuş gətirənlərin gözünü qorxutmaq istəyir ki, “əgər kim paylaşsa, onu da belə aqibət gözləyir”.
Amma kimdir qorxan? Hansı polis zorakılıq eləsə, yenə də həmin yolla tənqid olunub, qınağa tuş gələcək. Şəxsən mən özüm zorakılıq edən hər bir polisin şəkilini paylaşacam.
Sabah, 24 avqust, saat 15:15-də Gülnarə xanıma dəstək üçün, Xətai məhkəməsinin önünə gələk, kütləvi şəkildə həmrəylimizi bildirək.
P.S. Gülnarə xanım hər bir siyasi fəalın məhkəməsində mütləq iştirak edir.