Əvəz Zeynallı ona qarşı səslənən iddiaların yalan olduğunu, Elçin Sadıqov da həbsinin vəkillik fəaliyyətilə bağlı olunduğunu bildirir
Sentyabrən 11-də Binəqədi rayon Məhkəməsində vəkil Elçin Sadıqov və “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hər iki qərarı hakim Fərid Əmirəliyev çıxarıb. Lakin məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.
Hər ikisinin vəkilləri AzadlıqRasiosu-na bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.