Baş Prokurorluq sentyabrın 11-də həbs edilən jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovla bağlı məlumat yayıb.
İddiaya görə, “Xural Yayınları” MMC-nin baş direktoru Ə.Zeynallının vəkil E.Sadıqovun vasitəçiliyi ilə “Baku Steel Company” şirkətinin sabiq sədri, həbsdə olan Rasim Məmmədovun yaxınlarından 20 min manat almasına şübhələr yaranıb. İstintaqın versiyasına görə, bunun müqabilində R.Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, müsbət imic formalaşdırmaq üçün verilişlər hazırlamaq vəd olunub.
Baş Prokurorluğun İstintaq İdarəsində “külli miqdarda rüşvət alma” və “külli miqdarda rüşvət almaqda köməkçilik” maddələri ilə cinayət işi başlanıb.
Jurnalist Ə.Zeynallı və E.Sadqov bu ittihamları bundan əvvəl yalanlayıblar. Onlar ittihamları uydurma adlandırıblar.
Zeynallı və Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Sentyabrən 11-də Binəqədi rayon Məhkəməsində vəkil Elçin Sadıqov və “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hər iki qərarı hakim Fərid Əmirəliyev çıxarıb. Lakin məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.
Hər ikisinin vəkilləri AzadlıqRasiosu-na bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.
Azadlıq radiosu