Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə deyib: “Ramiz Mehdiyev Xalq Cəbhəsinin rəhbərlərinə deyirdi ki, mənim çox böyük təcrübəm var, işi bilirəm, mənə vəzifə verin, sizə xidmət edəcəyəm. Xalq Cəbhəsinə müraciətinin olmasını dəqiq bilirəm. Onda Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdi”.

Ramiz Mehdiyev iki səmtə baxan ikisifətli Yanus obrazıdır.

Bir siri yaddaşımın köməyi ilə mən də açım. 1988-ci ildə erməni barbarları bizi doğma torpaqlarımızdan vəhşicəsinə qovdular. Ağ-qara göstərən televizora Ramiz Mehdiyevi çıxarmışdılar. İndiki kimi onun dedikləri yadımdadır: “Ermənistanda azərbaycanılara qarşı heç bir təhdid yoxdur. Biz öyrəndik ki, mübahisə zəminində iki nəfər bir-birini döyüb”. Bunu o vaxt demişdi ki, doğulduğum Şirazlı kəndinin camaatı evlərindən qovulmuşdu, Araz qırağına toplaşmışdı. Kəndimizin ağsaqqal seyidi Mirbağır ağa və bir neçə nəfər öldürülmüşdü.

Enveroviçi televiziyaya Əbdürrəhman Vəzirov çıxartmışdı.  AzTv-nin arxivində onun çıxışı qalmalıdır…