
Gəncədə 6 gün əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb.
Gununsesi.info xəbər verir ki, müalicə aldığı xəstəxanada ölən şəxs 1989-cu il təvəllüdlü Ayaz Məmmədovdur.
Xatırladaq ki, hadisə iyulun 24-də şəhərin Şah Ismayil Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedec” markalı minik maşını yolu keçmək istəyən 1989-cu il təvəllüdlü A.Məmmədovu vurub.
Faktla bağlı araşdırma aparılır.