“Sədərək” ticarət mərkəzində yanğın

  • By Günel
  • 30 İyul 2025 19:31

“Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın “Sədərək” ticarət mərkəzinin ərazisində 3 kvadratmetr sahədə divar üzlüyünü əhatə edib.

Yanğın qısa müddətdə söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Gununsesi.info