Türkiyədə kömür mədəni çöküb, iki nəfər torpaq altında qalıb

  • By Admin08
  • 12 Sentyabr 2025 20:43

Türkiyənin Denizli vilayətində bir mədəndə çökmə əmələ gəlib. 

Gununsesi.info xəbər verir ki, “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Acıpayam rayonunda qeydə alınıb.

Hadisə yerinə xilasedicilər, polis, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları cəlb olunub.

Məlumata görə, iki nəfər belinə qədər torpaq altında qalıb.

Vilayət valisi Ömer Faruk Coşkunun sözlərinə görə, həlak olan yoxdur: “Torpaq altında qalan iki nəfərlə əlaqə yarada bilmişik. Onların xilas edilməsi istiqamətində işlər aparılır”.

Gununsesi.info