Avqustun bütün sosial ödənişləri verildi

Avqust ayının bütün sosial ödənişləri yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Belə ki, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə avqust ayının pensiyaları, avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.

Avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları verilib.

 

Gununsesi.info