
Bu gün Xətai rayon ərazisinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Gununsesi.info-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayon ərazisindən keçən magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı bu gün saat 23:00-dan rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
27 avqust günorta saatlarında suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.