Kəlbəcərdə partlayış: Xəsarət alanlar var

  • By Günel
  • 26 Avqust 2025 23:00

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Kəlbəcərdə yeni inşa olunmuş binalardan birində qaz xəttinin çəkilişində çalışanlardır.

Gununsesi.info