
Yevlaxda atasını bıçaqlamaqda şübhəli bilinən oğul məsuliyyətə cəlb edilib.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirib.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 36 yaşlı oğlu Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.
Qeyd edək ki, saxlanılan şəxs – V.Talıbov Vətən müharibəsi qazisidir.
***
Yevlaxda oğul atasını bıçaqlayıb.
Gununsesi.info xəbər verir ki, hadisə Havarlı kəndində baş verib.
1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Əldə olunan ilkin məlumata əsasən onu ailə mübahisəsi və münaqişəsi zəminində oğlu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.