Ukraynadan gözlənilməz qərar: 18-22 yaş arası kişilər...

  • By Günel
  • 26 Avqust 2025 21:55

Ukrayna hökuməti hərbi vəziyyət dövründə dövlət sərhədini keçmə qaydalarını yeniləyib. Artıq 18-22 yaş arası kişilərin sərhədi maneəsiz keçməsinə icazə verilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Nazirlər Kabinetinin bu gün qəbul etdiyi qərarla bağlı Teleqram kanalında yazıb.

“Söhbət müvafiq yaşda olan bütün vətəndaşlardan gedir”, – deyə o bildirib.

Gununsesi.info