Avropa İttifaqı Gürcüstana avqustun sonunadək vaxt verdi

  • By Günel
  • 15 İyul 2025 20:18

Avropa İttifaqı (Aİ) Gürcüstana tövsiyələrin yerinə yetirilməsi üçün avqust ayının sonunadək vaxt təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

O deyib ki, Gürcüstan hökuməti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı, ictimai həyatda iştirak, şəxsi həyatın toxunulmazlığı, diskriminasiyanın qadağası da daxil olmaqla əsas hüquq və azadlıqları təmin etməlidir.

“Biz vizasız rejimi ləğv edərək gürcü xalqına zərər vurmaq istəmirik. Lakin eyni zamanda bu, Avropa İttifaqına etimad məsələsidir. İctimaiyyət də görməlidir ki, hökumət Avropa yolu ilə getmir və namizəd statusunu ciddi qəbul etmir”, – K.Kallas söyləyib.

Gununsesi.info