Uraldakı Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb

  • By Günel
  • 15 İyul 2025 21:18

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “E1.ru” məlumat yayıb.

İddialara görə, Mutvali iyulun 1-də atası saxlanılarkən avtomobillə xüsusi təyinatlılardan birini vurub.

Hazırda o, İstintaq Komitəsində dindirilir.

Gununsesi.info