Bakıda ağır qəza: 34 yaşlı qadın öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 2005-ci il təvəllüdlü Tofiq Hacıdadaş oğlu Zeynalov “Ford Transit” avtomobili ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1991-ci il təvəllüdlü Elnurə Həbulla qızı Əsgərovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Gununsesi.info