Naxçıvanda ictimai nəqliyyat problemi - TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK

  • By admin
  • 04 Sentyabr 2025 10:51

Naxçıvan şəhər sakinləri ictimai nəqliyyat problemindən əziyyət çəkir.

Bu barədə Gununsesi.info-ya elə şəhər sakinlərinin özünün verdiyi məlumatda deyilir.

Redaksiyamıza müraciət edən naxçıvanlılar bildirir ki, axşam saat 22.00- dək işləməli olan şəhərdaxili avtobuslar 19.00-dan sonra qaraja qayıdir:

Çox əziyyət çəkirik. Vasif Talıbov pis rəhbər olsa da amma nizam-intizam vardı.Onun dövründə bu şeylər yaşanmırdı. Hamı çəkinirdi “ deyən sakinlər onu da əlavə edib ki, həftənin şənbə və bazar günləri ictimai nəqliyyat ümumiyyətlə, çalışmır.

Afət Abbasova

Gununsesi.info