Biləsuvarın iki kəndinə qazın verilişi bərpa olundu

  • By Günel
  • 14 Avqust 2025 20:02

Biləsuvar rayonunun iki kəndinə qazın verilişi bərpa olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə sakinlər bildiriblər.

Qeyd olunub ki, rayonun Ağalıkənd və Yuxarı Cürəli kəndlərinə qaz verilişi artıq bərpa edilib.

Biləsuvar rayonunda iki kənd qazsız qalıb.

Gununsesi.info bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnib.

Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılıb.

Gununsesi.info