Vüqar Tapdıqlı vəfat etdi

  • By Günel
  • 14 Avqust 2025 21:30

Tanınmış yazıçı, prodüser Vüqar Tapdıqlı bu gün 63 yaşında dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu haqda mərhumun oğlu Üzeyir Tapdıqlı sosial şəbəkədə paylaşım edib.

Vüqar Tapdıqlı 1962-ci ilin 10 iyulunda Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub. 4 hekayələr kitabının müəllifidir.

Gununsesi.info