Kəmaləddin Heydərov ona yeni vəzifə verdi

  • By Günel
  • 14 Avqust 2025 20:18

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinə yeni rəis təyin edilib.

Gununsesi.info xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi İlqar Qocayev vəzifəsindən azad olunub.

Digər əmrlə İlqar Qocayev Naxçıvan FHN-nin Dağ-Mədən Təhlükəsizliyi İdarəsin rəisi vəzifəsinə təyin edilib.(“Qaynarinfo”)

Gununsesi.info