Dövlət qurumunun əməkdaşı iş başında öldü

  • By Günel
  • 26 İyul 2025 21:32

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

Gununsesi.info xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisində yerləşən su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Q.Mikayılov iş başında vəfat edib.

İlkin məlumata görə, o, infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.(“Report”)

Gununsesi.info