Laçında ağır yol qəzası: -3 ölü, 1 yaralı

  • By Günel
  • 26 İyul 2025 21:50

Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Qarakeçdi kəndində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Gununsesi.info