Gəncədə iki qardaş bıçaqlandı

  • By Günel
  • 23 İyul 2025 08:18

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 1993-cü il təvəllüdlü Vüqar Qazıyev və qardaşı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyev bıçaq yarası ilə xəstəxanaya gətiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Hadisənin Gülüstan qəsəbəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

Gununsesi.info