Trampın xüsusi elçisi Qəzzaya gedib

  • By Günel
  • 22 İyul 2025 23:20

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza bölgəsinə gedib.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Brüs deyib.

“Dövlət katibi (Marko Rubio – red.) ilə söhbətim zamanı o qeyd etdi ki, xüsusi nümayəndə Vitkoff indi regiona, Qəzza bölgəsinə gedir”, – o bildirib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya razı olduğu məlum olub.

Gununsesi.info