Moskvada bina yandı - xəsarət alanlar var - VİDEO

  • By Günel
  • 23 İyul 2025 08:23

Rusiyanın paytaxtı Moskvanın cənubunda, Mıtnaya küçəsində yaşayış binasında yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.

15 nəfər təxliyə edilib, 9 nəfər xəsarət alıb, beş nəfər isə xəstəxanaya yerləşdirilib.

Üç nəfərin yanğından xilas olmaq üçün dördüncü mərtəbənin pəncərələrindən atıldığı və onların təcili xəstəxanaya çatdırdıldığı qeyd olunur.

Yaşayış binasının yuxarı mərtəbələrini və damını əhatə edən yanğının səbəbi hələlik məlum deyil. Ölənlərin olduğu bldirilir.

Gununsesi.info