
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
Yanğın baş verən ərazilərdə ardıcıl olaraq 3 dəfə mina partlayışı baş verib. Hazırda yanğının söndürülməsi prosesi davam edir.
***
Ağdam və Ağdərədə güclü yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, Ağdam rayon Əlağalı, Qaralar,Qazançı kəndlərində başlayan alov Ağdərə rayon Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.
Ərazidə olan kol bitkiləri və quru ot örtüyü alovlanaraq daha da geniş ərazilərə yayılır.
Hazırda FHN-nin Ağdam rayonundan 2 yanğınsöndürən maşın və işçi qüvvəsi, Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvəsi cəlb olunub.
Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışır.
Hazırda yanğın davam edir.