Tramp: İstəsəm Çini məhv edərəm

  • By Günel
  • 26 Avqust 2025 08:47

Amerika Prezidenti Donald Tramp Çinə səfər edəcəyini bəyan edib.

Gununsesi.info “Fox News”a istinadən xəbər verir ki, ABŞ lideri yeni ticarət sazişi üzrə danışıqları davam etdirmək üçün Çin Prezidenti Si Cinpinlə görüşəcək.

Ağ Ev rəhbəri bildirib ki, dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin arasında gözəl əlaqələr olacaq.

Eyni zamanda Tramp xəbərdarlıq edib ki, istəsə, əlində olan “inanılmaz kartlardan” istifadə edərək, Çini məhv edər.

ABŞ Prezidenti bildirib: “Bizim onlardan qat-qat böyük və daha yaxşı “kartlarımız” var. Amma mən onlardan istifadə etmək istəmirəm. Əgər etsəydim, bu, Çini məhv edərdi”.

Amerika lideri qeyd edib ki, bu yaxınlarda Çin rəhbəri ilə danışıb və danışıqlar üçün Pekinə səfər etmək imkanını nəzərdən keçirir. Onun bu il və ya 2026-cı ilin əvvəlində Pekinə səfər edəcəyi bildirilir.

 

Gununsesi.info