“TikTok” bu ölkədə yüzlərlə əməkdaşını işdən çıxarır

  • By Günel
  • 26 Avqust 2025 08:14

“TikTok” süni intellektə üstünlük verərək, Böyük Britaniyada kontentin moderasiyası şöbəsinin yüzlərə əməkdaşını ixtisar edir.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

İxtisarlar əsasən Böyük Britaniyada yerləşən 2 500 nəfərlik komandaya təsir edəcək, eyni zamanda Cənubi və Cənub-Şərqi Asiyadakı əməkdaşlar da bundan yan keçməyəcəklər.

İşdən çıxarılan əməkdaşların dəqiq sayı açıqlanmasa da, mənbələr bunun yüzlərlə olduğunu bildirirlər.

Gununsesi.info