Mərkəzi Bankın keçmiş sədri vəfat etdi - FOTO

  • By Günel
  • 27 İyul 2025 11:08

Türkiyə Mərkəzi Bankının sabiq sədri Sürəyya Serdəngeçti 73 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edək ki, 1979-cu ildə Orta Şərq Texniki Universitetinin (ODTÜ) İqtisadiyyat fakültəsini bitirən Serdəngeçti həmin ildən etibarən Mərkəzi Bankda çalışmağa başlayıb və bankın demək olar ki, bütün pillələrində vəzifə icra edib. O, 2001-ci ildə təyin olunduğu Mərkəzi Bank sədri vəzifəsini 2006-cı ilə qədər davam etdirib.

Gununsesi.info