Çində sel: 10 nəfər ölüb, 2 nəfər itkin düşüb

  • By Günel
  • 18 Avqust 2025 08:34

Çinin şimalında bir düşərgədə daşqın nəticəsində 10 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, hadisə Bayan-Nur şəhəri yaxınlığında baş verib. Seldən sonra 13 turistlə əlaqə kəsilib. Bir nəfər xilas edilib.

Axtarış-xilasetmə əməliyyatlarında 700-dən çox fövqəladə hallar xidmətinin əməkdaşı iştirak edir.

Gununsesi.info