Qarabağ Universiteti Enactus Azərbaycan Milli Yarışının qalibi oldu

  • By Günel
  • 16 Avqust 2025 20:08

Qarabağ Universiteti 2025-ci il Enactus Azərbaycan milli yarışının qalibi olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Universitetin rektoru Şahin Bayramov sosial şəbəkə hesabından paylaşım edib.

Məlumata görə, ənənəvi olaraq keçirilən yarışda Qarabağ Universiteti ilk dəfə təmsil olunub.

Qarabağ Universitetinin Enactus komandası cari ilin sentyabrında Tailand Krallığında keçiriləcək 2025-ci il Enactus Dünya Kubokunda ölkəmizi təmsil edəcək.

Gununsesi.info