Zelenski Putin-Tramp görüşündən gözləntilərini açıqladı

  • By Günel
  • 15 Avqust 2025 20:50

Ukrayna Alyaskada keçiriləcək Tramp – Putin görüşündə ABŞ-nin güclü mövqeyinə ümid edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

“Biz Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq – ruslar Amerikanın gücü ilə hesablaşırlar. Məhz güclə…”, – o qeyd edib.

Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Görüşdə Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.

Gununsesi.info