Rusiyada 5,3 maqnitudada zəlzələ baş verib

  • By Günel
  • 16 Avqust 2025 21:47

Rusiyanın Kamçatka diyarında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Təbiət hadisəsi Petropavlovsk-Kamçatskdan 469 km aralıda baş verib. Zəlzələ ocağı 28,6 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Gununsesi.info