Tramp və Putin havada atəşkəslə bağlı ilkin razılığa gəliblər

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada keçirilən danışıqlar zamanı havada atəşkəsə dair ilkin razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə The Economist jurnalının əməkdaşı Oliver Kerroll məlumat yayıb.

Onun sözlərinə görə, üçtərəfli görüş baş tutmazdan əvvəl havada atəşkəslə bağlı ilkin razılaşma əldə olunub.

“Biz inanırıq ki, səma bu danışıqların ilkin nəticələri barədə siqnallar verəcək. Gələn həftə maraqlı olacaq”, – deyə jurnalistin məlumatlı mənbəsi bildirib.

Gununsesi.info