Putin şərt qoydu - Ukrayna Donetskdən çıxsın

  • By Günel
  • 16 Avqust 2025 21:07

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla görüş zamanı Ukrayna qoşunlarının Donetsk vilayətinin şərq hissəsindən çıxarılmasını istəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Financial Times” nəşri 4 mənbəyə istinadən yazıb.

Nəşr iddia edir ki, Putin yalnız bu halda təmas xəttinin qalan hissəsində döyüşləri dayandıra biləcəyini bildirib.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin sammiti avqustun 15-də Alyaskada baş tutub.

Gununsesi.info