Çöpçülük qanunidirmi?

  • By Admin2
  • 23 İyul 2025 10:54

“Çöpçülük” – yəni uşağın boğazında nəsə qaldıqda onu xalq təbabəti yolu ilə çıxarmaq (dua ilə, ip çəkərək və s.) – Azərbaycan qanunlarına görə nə tam qanuni, nə də tam qadağandır. Amma bu işlə məşğul olan şəxs həkim deyilsə, məsuliyyət yarana bilər”.

Bu barədə Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev deyib.

O, həmçinin bildirib:

“Tibbi yardım haqqında” Qanuna görə, insanlara tibbi yardım yalnız təhsil almış, lisenziyalı tibb işçiləri tərəfindən göstərilə bilər. Lisenziyasız tibbi müdaxilə – xüsusilə uşaq üzərində məsuliyyət doğura bilər.

Yəni, əgər “çöpçü” özünü həkim kimi təqdim edirsə və bu fəaliyyətindən pul qazanırsa, bu artıq qeyri-qanuni tibbi fəaliyyət sayılır və inzibati və ya cinayət məsuliyyəti doğura bilər. Bu, dini və ya mədəni ənənə sayıldığı üçün birbaşa qadağan olunmur.

Amma uşaq zərər görərsə, valideyn razılığı olmadan müdaxilə edilərsə, pul müqabilində “müalicə” adı altında fəaliyyət aparılarsa, bu halda qanuni pozuntu baş verir. Burada hətta valideyn də məsuliyyət daşıya bilər (uşağın sağlamlığını təhlükəyə atdığı üçün).

Orxan
Gununsesi.info