
Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayev Moskvanın Taqanski Rayon Məhkəməsinə aparılıb və onun barəsində “xüsusi külli miqdarda dələduzluq işi” üzrə həbs qətimkan tədbiri seçiləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ağayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxılması üçün məhkəməyə gətirilib”, – məlumatda bildirilib.
***
14:35
Rusiyada Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevə (azərbaycanlıdır – red.) qarşı “külli miqdarda dələduzluq” ittihamı irəli sürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Moskva prokurorluğundan məlumat verilib.
“Paytaxt teatrlarından birinin keçmiş direktoru bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, xüsusilə külli miqdarda (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi) dələduzluqda ittiham olunur”, – qurumdan bildirilib.
Qeyd edilib ki, guya təqsirləndirilən şəxs və əlaltıları 20 milyon rubla yaxın pul mənimsəyiblər. Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək.
“İşin istintaqı” paytaxt prokurorluğunun nəzarətindədir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Federal Təhlükəsizlik Xidmətinin 20 milyon rubl məbləğində büdcə vəsaitini mənimsəməkdə şübhəli bilinən Moskvanın ən böyük teatrlarından birinin keçmiş direktorunu saxlaması barədə məlumat vermişdi.
M.Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, direktor köməkçisi, direktor müavini vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.
Gununsesi.info