
Sumqayıt şəhəri, Sahil küçəsində qeydə alınan yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri yayılıb.
Gununsesi.info xəbər verir ki, görüntüləri Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, hadisə nəticəsində “KIA Optima”nın sərnişini Günel Bəylər qızı Hüseynova aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib, sürücü Əlfəddin Əbdülhəsənov isə yüngül xəsarət alıb.
Qeydə alınan bu videogörüntüdəki yol-nəqliyyat hadisəsinə araşdırmalardan sonra hüquqi qiymət veriləcək.
DYP sürücüləri sürət həddinə və manevr qaydalarına əməl etməyə çağırır
Təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq.
Amma, əfsus ki, kobud qayda pozuntularının müşahidə edildiyi bu qəzada həlak olan sərnişini həyata qaytarmaq mümkün olmayacaq.
Dəyərli sürücülər, unutmayın!
Tutduğunuz sükan həm də sizin və həyatını sizə etibar edənlərin taleyini idarə edir. Özümüzün və başqalarının həyatına biganə qalmayaq!”