Sərxoş vəziyyətdə törədilmiş cinayətlər

  • By Admin2
  • 15 Avqust 2025 15:30

Azərbaycanda sərxoş vəziyyətdə törədilmiş cinayətlərin statistikası açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşr etdiyi “Azərbaycanda Hüquqpozmalar” kitabında məcmuəsində məlumatlar yer alıb.

Belə ki, təkcə 2023-cü ildə sərxoş vəziyyətdə törədilən 193 cinayət qeydə alınıb.

Onlardan 32-si ağır və xüsusi ilə ağır cinayətlərdir.

O da vurğulanıb ki, onlardan 7-si sağlamlığa qəsdən ağır zərər vurma, biri isə zorlama və zorlamaya cəhddir.

Ümumi olaraq isə quldurluq, dələduzluq, soyğunçuluq, xuliqanlıq kimi hallarda qeydə alınıb.

Orxan

Gununsesi.info