
Mali hökuməti çevriliş cəhdinə hazırlaşan təhlükəsizlik qüvvələri arasında briqada generalı və polkovnik-leytenantın da olduğu “marjinal qrup”un ləğv edildiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dövlət televiziyası ORTM-də oxunan bəyanatda bildirilir ki, “ölkədə sabitliyi pozmağa cəhd edən” və “xarici dövlətlərdən yardım alan” qrup Malinin yenidən qurulması prosesinə zərbə vurmağı hədəfləyib.
Açıqlamada şübhəlilərin avqustun 1-də saxlanıldığı və onların arasında Vizilier Yann adlı Fransa vətəndaşının da olduğu bildirilir.
Bəyanatda həmçinin vəziyyətin tam nəzarət altında olduğu və digər cinayətkarların müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyi bildirilib.
Orxan