Xaçmazda mopeddən yıxılan kişi öldü

Xaçmazda mopeddən yıxılan kişi ölüb.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Maqsudkənd kəndi ərazisində qeydə alınıb. 1977-ci il təvəllüdlü Həsrət Qüdrət oğlu Aşurov idarə etdiyi “Minsk” markalı mopeddən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş H.Aşurov həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info