Zahid Oruc Ramiz Mehdiyevin AMEA dövründən danışdı - Ləyaqətli alimlərin ehtiyac duyduğu büdcə vəsaitləri talandı

  • By admin
  • 03 Dekabr 2025 10:43

 

 

Təəssüflər olsun ki, Vətən müharibəsindən sonrakı üç il Zəfərimizə elmi töhvələr vermək əvəzinə, işğal dövrünün təəssübkeşliyini çəkən, qalibiyyətə düşmən münasibəti göstərən, vassallıq və təəbəlik ruhu ilə başqa paytaxtlar qarşısında öhdəlik götürən keçmiş dönük rəhbərliyin əməlləri ilə yadda qaldı”.

 

Gununsesi.info bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc  Sosial -siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda təşkil olunan tədbirdə deyib.

 

Zahid Orucun sözlərinə görə, o dövrdə AMEA adı qalmaqallı vəzifə təyinatları və daxili çəkişmələr, siyasi güc göstərişinə xarici dəstəkli cəhdlər, kəşfiyyat planlarının gerçəkləşməsi, nəhayət, ləyaqətli alimlərin ehtiyac duyduğu büdcə vəsaitlərinin talan edilməsi ünvanına çevrilib:

“44 günlük müqəddəs savaşımızı beynəlxalq elmi platformalara çıxarmaq əvəzinə dövlətimizə edilən qəsdlər tam miqyası ilə indi üzə çıxır, imperiya həsrəti və xarici orduların əliylə hakimiyyət planları quran, “işğal partiyası” ilə ittifaqa girənlər mühakimə olunurlar. Hakimiyyət kimi, elmimiz də təmizləndikcə, milliləşdikcə suverenliyimiz güclənəcək. Lakin ölkəmizi qalibiyyət yolundan döndərmək mümkün deyil”.

 

Firuzə Mahmudova 

Gununsesi.info