“Avropa Gürcüstanı” partiyası jurnalist Əfqan Muxtarlının işi ilə bağlı daxili işlər naziri və DTX rəisinin parlamentə gəlməsini tələb edir. Partiya üzvü Yelena Xoştariyanın sözlərinə görə, bu rəsmilər ictimaiyyətin önündə suallara cavab verməlidir.
“Biz hökuməti suallara cavab verməyə məcbur etməliyik. Əgər hökumət bu məsələdən yan keçsə, bu o mənaya gəlir ki, biz hamımız, vətəndaşlar, bütün siyasətçilər razılaşır ki, bizim dövlət mövcud deyil. Beynəlxalq imicin zədələnməsi bir yana, bu işin mənəvi tərəfi də var. Biz tələb etdik ki, daxili işlər naziri və DTX rəisi parlamentə gəlib ictimaiyyətə açıq bir şəkildə bütün suallara cavab versin”, – deyə deputat bildirib.
azadliq.info
Oxunub: 816