“Qətərə edilənləri doğru saymıram”
Prezident R.T. Ərdoğan səfirlərlə birlikdə, AK Partiya Ümumi Mərkəzində təşkil edilən iftara qatıldı. Iftardan sonra səfirlərə səslənən Ərdoğan, Qətər mücadiləsi ilə əlaqədar çox əhəmiyyətli açıqlamalar verdi:
“Bölgəmizdəki problemlər hələ həll olmadan, təəssüf ki, yeni çətinliklərlə qarşı-qarşıya qalırıq. Bunlardan biri də Qətər məsələsidir. Qətərə qarşı edilən sanksiyaları doğru olmadığını əvvəlcədən söyləmişdim.”
R. Ərdogan digər ölkələrin Qətərlə olan problemlərinin həlli mövzusunda da üzərinə düşəni etməyə hazır olduğunu bildirib: “Bu çərçivədə dünəndən etibarən müxtəlif görüşlər keçirməyə başladım. Eyni şəkildə Kral Salmanla da uzun bir görüşüm oldu.”
Ərdoğan V.Putin və Küveyt əmiri Əl Sabah ilə görüşdüyünü, bu görüşlərdə Körfəzdəki problemlərin həlli yönündə müzakirələr apardıqlarını bildirdi.
O, Qətərə qarşı bütün sanksiyaların ən qısa müddətdə qaldırılacağına ümid etdiyini söyləyib. Onun fikrincə, Qətərin bir terror şübhəlisi olaraq, günahlandırılması çox ağır bir ittihamdır. “15 ildir onları tanıyıram. Belə bir şey olarsa, qarşılarına çıxacaq ilk dövlət başçısı mən olaram.” -deyə əlavə edib.
Ərdoğan, ortada fərqli bir oyunların getdiyini və bu oyunların arxasında kimlərin olduğunu hələ də müəyyən etmədiklərini bildirib.
Azadliq.info
Oxunub: 40