AXCP sədri Əli Kərimli ABŞ-ın və Avropa Birliyinin ölkəmizdəki səfirləri Robert Sekuta və Malena Mard ilə görüşərək, yeni repressiya dalğası, o cümlədən son həbsləri müzakirə edib. Bu barədə onun özü feysbuk səhifəsində məlumat paylaşıb. AXCP sədri yazır:
Avropa Birliyinin (AB) Azərbaycandakı səfiri Malena Mard ilə görüşdüm. Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsini, bütövlükdə siyasi məhbusların taleyini, yeni repressiya dalğasını müzakirə etdik. Ötən həftə də ABŞ diplomatları ilə, sonra da ABŞ-ın Azərbaycandakı səfirilə son həbsləri və repressiya dalğasını müzakirə etmişdik. Əlbəttə ki, bu ölkənin demokratikləşməsi ilk növbədə xalqımızın verəcəyi qərarlara bağlıdır, xalq olaraq bizim öz məsuliyyətimizdir. Və bunu bacaracağımıza qətiyyən şübhəm yoxdur! Lakin AB və ABŞ-ın Azərbaycandakı son həbslərlə bağlı hərəsinin 2 dəfə bəyanat verməsi, BÜTÜN siyasi məhbusların azad olunması üçün Azərbaycan hakimiyyətinə təkidlə çağırış etməsi şübhəsiz ki, müsbət haldır.
Oxunub: 1076