“Hər gün cəmiyyətdə üzə çıxan suallar cavabsız qoyulmaqla ölkənin beynəlxalq reputasiyasına daha böyük ziyan vurulur”, – bunu Gürcüstan prezidentinin mətbuat katibi Eka Mişveladze bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mişveladze yenidən azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi üzrə danışıb.
“Məlumdur ki, bu kədərli fakt Gürcüstanın beynəlxalq imicinə çox ziyan vurdu. Gürcü xalqının uğuru ondan ibarətdir ki, Gürcüstan jurnalistləri təqib edən, insanları qaçıran və insan haqlarının qorunmadığı ölkə deyil. Bu, həmin yüksək standartlardır ki, dövlət onunla idarə edilməlidir.
Bu gün biz hamımız – hökumət və cəmiyyət pozulmuş imicin bərpası ilə bağlı böhran mərhələsindəyik və bu proses nə qədər uzun çəksə, cəmiyyət o qədər qeyri-adekvat şərhlər eşidəcək, ölkə də daha çox ziyan çəkəcək. Hər gün cəmiyyətdə üzə çıxan suallar cavabsız qoyulmaqla ölkənin beynəlxalq reputasiyasına daha böyük ziyan vurulur”, – Mişveladze bildirib.
İlkin
Oxunub: 518