Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyevin bu yaxınlarda çapdan çıxmış “Siyasi sistemin İsveç-Skandinaviya modeli” kitabından İsveç ölkəsi və cəmiyyətinin mühüm xüsusiyyətlərini əks etdirən hissəni oxuculara təqdim edirik.
1930-cu ildə İsveçdə sosial-demokrat partiyası hakimiyyətə gəldikdən sonra onlar vahid ev formasında sinifsiz cəmiyyət qurmağı qarşılarına məqsəd qoydular. İkinci dünya müharibəsindən sonra İsveç modeli inkişaf etməyə başladı.
İsveç modelinin əsasını sosializm və kapitalizmin ən yaxşı cəhətlərinin birləşdirlməsi, xususi və ictimai, fərdi və kollktiv maraqlarının balansı təşkil edir.
Model özunun unikal nümunəsini inkişaf göstəricilərində ifadə edir. Belə ki, İsveçdə 2013-cu ilin məlumatına görə adambaşına Ümumi Daxili Məhsul 45150 ABŞ dolları olmuşdur. Orta əmək haqqı 2015-ci ilin yanvar məlumatına görə 3305 evro, pensiyanın orta səviyyəsi 2015-ci ilə görə 1234 evro təşkil etmişdir. Mətbuatın azadlığına görə İsveç dunya üzrə reytinqdə 10-cu yerdə, Korrupsiyadan azad ölkələr siyasında 4-cü yerdə qərarlaşır. Təhsilə xərclər ÜDM-nin 7 %, səhiyyə xərcləri isə ÜDM-ün 9,4% təşkil edir. Dövlətin vergi və digər gəlirləri ÜDM-in 51,4% təşkil edir. Bütün bu sosial-iqtisadi göstəricilər əhalinin yüksək həyat səviyyəsinə təminat verir. Belə ki, dünyada insanların ömür müddətinə görə İsveç dünyada 12 yerdə qərarlaşmışdır. Kişilərin orta ömür müddəti 80 il, qadınların isə orta ömür müddəti 84 ildir. Boşanmaların sayı azdır, hər on min nəfərə 26 boşanma düşür.
İsveçlilərin öz dövlətlərinə, məmurlarına munasibətlərində maraqlı cəhətlər çoxdur. İsveçlilər yüksək vergi ödəyirlər, eyni zamanda öz məmurlarına tam etibar edirlər, İsveçlilər güclü dövləti özlərinin azadlıqlarını məhdudlaşdıran dövlət kimi deyil, azadlıqlarının təminatı hesab edirlər. Dövlətin ali vəzifəsi ondan ibarətdir ki, şəxsiyyətin maksimum azadlıqlarını təmin etsin. Belə bir fakt özluyundə çox maraqlıdır ki, ölkədə nəzarət instansiyaları mövcud deyildir. Misal üçün, İsveçdə Konstitutsiya məhkəməsi yoxdur. Tarixçi Lars Treqord bunu belə izah edir ki, umumxalq tərəfindən seçilmiş hakimiyyətin bir qrup hakimlərin qərarların nə ehtiyacı var.
Vətəndaşlar Baş nazirə kimi bütün məmur təbəqəsinə “sən” muraciət edirlər. Məmurların gəlirləri, əmlakları haqqında məlumatlar vergi deklarasiyasında mutamadi olaraq buletenlerdə çap olunur və azad satışa daxil olunur.
İsveçdə öz var-dövlətləri, sərvətləri ilə öyünmək, təkəbbürlük etmək tərbiyyəsizlik əlaməti hesab edilir.
Sosial bərabərlik yalnız kasıbların deyil, eyni zamanda varlıların da xeyrinədir. Sosial bərabərsizlikdən əziyyət çəkməyən cəmiyyətlərdə insanların yaşaması daha rahatdır. Yəni bərabərlik yalnız sosial sabitlik deyil, eyni zamanda xəstəxanalara və həbsxanalara yönələn vəsaitə qənaətdir. Cəmiyyətdə gəlirlərin bölgüsündəki kəskin fərqlər həm də ehtimatsizlığa, xəstəliklərə, nifrətə, zorakılığa gedən yoldur. Təsadüfu deyil ki, dünyada xoşbəxtlik reytinqinə görə İsveç birinci yerdə qərarlaşır.
İsveç vətəndaşlarının bugünkü azadıqlarının keçmiş ənənəsi də zəngindir. İsveçdə heç zaman təhkimçilik hüququ olmamışdır. Kəndlilərin nümayəndələri parlamentdə təmsil olunurdular. Reformasiya dövrundə kilsə dövlətə tabe edildi, kral eyni zamanda kilsənin də başçısı idi. Bu isə təhsilin yayılmasına, yalnız və yalnız Tanrı qarşısında məhsul olan müstəqil şəxsiyyət haqqında təsəvvürlərin formalaşmasına şərait yaratdı.
Mətbuat azadlığı İsveçdə hələ 1766-ci ildə qanunla təmin edilmişdi. 1840-ci ildə dövlət vəzifəsinə zadəgan titulu ləğv edilmişdi. O zaman məmur aparatı formalaşmışdı. İsveç bürokratiyası cəmiyyətin xidmətçiləridilər. Mütərəqqi düşüncəli, yüksək ixtisaslı və yaxşı əmək haqqı alan İsveç məmurları korrupsiyadan uzaqdırlar.
Dövlətə, məmurlara yüksək etimad vətəndaşların digər xüsusiyyəti ilə- bərabər hüquqluğa pərəstişkarlıqla sıx əlaqədardır. İsveç bu göstərici üzrə də dunyada birinci yeri tutur.
İnnovasiya, rəqabət qabiliyyətinə, korrupusiyyadan azadlığa və ümumi rifaha görə də İsveç birinci beşlikdə liderdir.
İsveç vətəndaşlarının siyasi davranışları da maraqlı mövzudur. Siyasi legitimlik konsepsiyası mənəvi dəyərlərlə maddi maraqları birləşdirir. İsveçlilər özlərini “praqmatik idealistlər” və “prinsipial praqmatiklər” hesab edirlər. Seçicilər dövlət xadimlərini- işsizliyin və infiliyasiyanın azaldılması, real gəlirlərin artırılması və gəlirlərdəki bərabərliyik sahəsindəki uğurlarına görə qiymətləndirirlər. Əhalinin məşğulluğu prioritet hesab edilir. İsveç vətəndaşları mənəvi ideallara sığınırlar. Sosial ədalət və etik dəyərlərə sadiqlik humanitar sosial proqramların yerinə yetrilməsinə zəmin yaradır. İsveçlilərin əksəriyyəti hesab edir ki, fərdlər deyil, cəmiyyət iqtisadi təhlükəsizliyikvə insanların laiqli həyat səviyyəsinin təmin edilməsi üçün məsuliyyət daşıyır.
İsveçlilər əməksevərlik, təşəbüskarlıq, seçim azadlığı keyfiyyətlərini yüksək qiymətləndirirlər. Eyni zamanda kollektivçiliyə – milli həmrəyliyə, konsensus və şəxsi azadlığa böyük önəm verirlər.
İsveçlilər ölkənin siyasi həyatında fəal iştirak edirlər. Vətəndaşlar sosial statusundan asılı olmayaraq müxtəlif ictimai təşkilatlarda təmsil olunurlar. Çoxsaylı ictimai təşkilatlar-xristianların, müsəlmanların, fəhlələrin, fermerlərin, azad peşə sahiblərinin, gənclərin, tələbələrin, hətta məhbusların və s. qrup maraqlarını ifadə edir. Çoxsaylı qrupların inteqrasiyası, siyasi konsensusu ilə siyasi institutlar: parlament, koalisiyalı siyasi partiyalar, məhkəmələr, ümumtəhsil məktəbləri məşğul olurlar. Məhkəmələr daha çox mübahisələrin konsensus yolu ilə həll olunmasına üstünlük verirlər. Əmək mübahisələri üzrə məhkəmələrdə biznes asosasiyaları və həmkarlar təşkilatları təmsil olunurlar. Muzdlu işçilərin 80%-dən çoxu həmkarlarda təmsil olunurlar. Həmkarlar təşkilatı müəssisə və idarələrdə sağlamlığın mühafisəsi, iş yerlərində texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarəti həyata keçirirlər və öz nümayəndələri ilə şirkətlərin rəhbərliyində təmsil olunurlar, şirkət rəhbərləri ilə iş şəraiti, kadrların yerdəyişməsi, işçilərin təlimi və inkişafı üçün proqramlara vəsaitlərin ayrılması və s. mühüm məsələlərlə əlaqədar danışıqların aparılmasında bilavasitə iştirak edirlər.
Ümumtəhsil məktəbləri bərabər imkanlar cəmiyyətində, konsensus əsasında qərarların qəbul edilməsini normalarını və davranış qaydalarını yeniyetmələrə öyrədilməsində böyük rol oynayırlar.
Sosializm İsveçlilər üçün sinifi mübarizə, amansiz rəqabət deyil, əməkdaşlıq, həmrəylik, insanlara qayğı, geniş sosial təminat, siyasi hüquqların genişləndirilməsidir.
Oxunub: 492