Bu gün Bakı Apellyasiya məhkəməsində Gözəl Bayramlının ev dustaqlığına buraxılmasına dair Səbail Rayon məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim İlqar Murquzovun sədrliyi ilə keçən prosesdə şikayət təmin olunmayıb. İstintaq Gözəl Bayramlının istintaqdan gizlənə biləcəyini, şahidlərə təsir etmə ehtimalını bildirərək şikayətin təmin olunmamasını bildirib. Hakim vəkil Zibeydə Sadıqovanın əsaslı sübutlarına məhəl qoymayaraq istintaqın uydurma dəlillərini üstün tutub.
azadlıq.info
Oxunub: 240